Ehtiyacı olan qonşular üçün pulsuz fövqəladə yaşayış yeri.

Airbnb.org Airbnb tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatıdır. 2020-ci ildən bəri fəlakətlər, xəstəliklər və ya digər böhranlardan zərər çəkmiş insanları 1,6 milyondan çox gecəlik ödənişsiz yaşayış yerləri ilə təmin etmişik.

Fövqəladə qonaqlamalara yeni yanaşma.

Airbnb.org ailələr, uşaqlar və ev heyvanları üçün pulsuz qısamüddətli yaşayış yeri təmin etmək məqsədilə tərəfdaş təşkilatlarla əməkdaşlıq edir.

Kömək etdiyimiz insanlarla tanış olun

Airbnb.org qonaqları və onların fövqəladə qonaqlamalarını mümkün edən Airbnb ev sahibləri ilə tanış olun.
Bütün hekayələrə baxın
100% vədimiz
Airbnb qeyri-kommersiya təşkilatı olan Airbnb.org-un gündəlik əməliyyat xərclərini qarşılayır, buna görə də ianələrin 100%-i fövqəladə qonaqlamaların maliyyələşdirilməsinə yönəldilir.
Alaqaranlıqda hərarətli işıqla parıldayan, ağaclarla əhatə olunmuş rahat bir evin illüstrasiyası. Uzaqda işıltılı şəhər silueti görünür.

Airbnb.org-un fərqi

Qlobal təsirimiz

2025-ci ildə dünya üzrə 78-dən çox fəlakətlə bağlı cavab tədbirləri gördük. Bu tədbirlər nəticəsində vacib xidmət işçiləri və fəlakətlərdən zərər çəkən insanlar, eyni zamanda 3000 ev heyvanı üçün 126 000 gecəlik fövqəladə yaşayış yerləri təmin etdik.
Aktiv cavab tədbirlərinə baxın

Qlobal təsirimiz

2025-ci ildə dünya üzrə 78-dən çox fəlakətlə bağlı cavab tədbirləri gördük. Bu tədbirlər nəticəsində vacib xidmət işçiləri və fəlakətlərdən zərər çəkən insanlar, eyni zamanda 3000 ev heyvanı üçün 126 000 gecəlik fövqəladə yaşayış yerləri təmin etdik.
Aktiv cavab tədbirlərinə baxın
İnsanların dairəvi portret fotolarının yer aldığı dünya xəritəsi. Fotolar müxtəlif qitələrə sancaqlanıb və çəhrayı nöqtəli xətlərlə bir-birinə birləşdirilib. Xəritə Airbnb-nin qlobal əhatə dairəsini göstərir. İnsanların dairəvi portret fotolarının yer aldığı dünya xəritəsi. Fotolar müxtəlif qitələrə sancaqlanıb və çəhrayı nöqtəli xətlərlə bir-birinə birləşdirilib. Xəritə Airbnb.org qonaqları və ev sahiblərinin qlobal əhatə dairəsini göstərir.

110 ABŞ dolları məbləğində ianə bir gecəlik fövqəladə yaşayış yeri təmin etməyə kömək edir.

Mobil cihaz üçün fırça ilə çəkilmiş ürək şəkli
Fırça ilə çəkilmiş ürək şəkli