Missiyamız ehtiyac olduğu zamanlarda məkan, resurslar və dəstək paylaşma gücünü ortaya çıxarmaqdır.
Airbnb 8 ildən çox müddət ərzində Open Homes təşəbbüsü ilə böhran zamanı insanlara kömək etdi. Airbnb.org növbəti fəsildir. Öz missiyamız və idarə heyətimiz olan 501(c)(3) qeyri-kommersiya təşkilatıyıq.

İşə necə başladıq.

2012
Oktyabr

Bu ideya bir ev sahibinə aiddir

Nyu-York Şəhəri tarixdə ən dəhşətli qasırğalardan biri olan Sendi Qasırğasının təsirinə məruz qalıb. Bruklində yaşayan Airbnb ev sahibi Şel Airbnb ilə əlaqə saxlayıb məkanını köçürülməli olan şəxslərə pulsuz təklif edə bilib-bilməyəcəyini soruşub. Airbnb komandası bunun evakuasiya olunan şəxslər üçün mövcud olmasını tezləşdirmək məqsədilə uzun iş saaatları boyunca işlədi və tezliklə 1000-dən çox ev sahibi evini ehtiyacı olan şəxslərə açdı.

2013
İyun

Airbnb daha çox ev sahibinin yardım etməsini mümkün edir

Airbnb dünyanın hər yerində ev sahiblərinin evlərini fəlakət zamanı pulsuz təklif etməsinə imkan verən Fövqəladə vəziyyət yardımı alətini istifadəyə verir.

2015
Aprel - May

Dünyanın hər yerində ev sahibləri qapılarını yardım işçilərinə açır

Airbnb Nepal zəlzələsi üçün aktivdir və ev sahibləri "All Hands and Hearts"dan olan könüllülərlə ilk yardım işçiləri qrupunu qarşılayır.

May - Sentyabr

Airbnb yardımın necə təklif edilməli olduğunu anlamaq üçün qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edir

Ev sahibləri və qonaqlara fövqəladə hazırlıq resursları paylamağa yardım etmək üçün Fövqəladə Halların İdarəedilməsi Federal Agentliyi (FEMA) ilə tərəfdaşlıqlar yaradılıb. Airbnb Yunanıstan və Balkan yarımadasında Suriya qaçqın böhranının ön sıralarında çalışan yardım işçiləri üçün yaşayış yeri təmin etmək məqsədilə Mercy Corps və Beynəlxalq Xilasetmə Komitəsi ilə əməkdaşlığa başlayır.

Airbnb, həmçinin Service Year Alliance, Make-a-Wish və Summer Search də daxil olmaqla müştəriləri, yaxud da heyəti üçün yaşayış yerinə ehtiyacı olan 15-dən çox təşkilata yaşayış yeri təminatı təklif etməyə başlayır.

2016
İyun

Ev sahibi icması Pulse gecə klubu gülləbaranına qarşı cavab tədbirləri görür

Yerli hökumətin istəyi ilə Airbnb, Uber və JetBlue güclərini birləşdirib dəfn mərasimlərinə gedən, yaxud da xəstəxanadakı yaxınlarını ziyarət edən ailələr üçün yaşayış yeri, uçuşlar və quru nəqliyyatı təmin edir. Bununla ilk dəfə idi ki, ev sahibi icması kütləvi silahlı hücumun təsirinə məruz qalmış insanlara ev sahibliyi etməyi təklif edib.

Sentyabr

Ağ Ev Özəl Sektorun Qlobal Qaçqın Böhranı ilə Məşğul Olması üçün Fəaliyyətə Çağırış başladır. Airbnb cavab verir. Airbnb-nin həmtəsisçisi Co Qebbia Prezident Obama tərəfindən qaçqın böhranına dair öhdəlik götürmək üçün dəvət olunmuş 20 icraçı direktordan biridir.

Noyabr

2017-ci ildə Airbnb gündə bir arzu edən ailəni yaşayış yeri ilə təmin etmək məqsədilə Make-a-Wish ilə tərəfdaşlıq edir.

2017
Yanvar

Airbnb Beynəlxalq Xilasetmə Komitəsi qarşısında öhdəlik götürür

ABŞ-ın bütün qaçqın qəbullarını dayandıran və əksəriyyəti müsəlman olan 7 ölkədən insanların gəlişinə müvəqqəti qadağa qoyan qərarnaməsinə cavab tədbiri olaraq Airbnb qadağanın təsirinə məruz qalmış şəxsləri yaşayış yeri ilə təmin edir. Buna cavab olaraq Airbnb köçürülmüş insanların yaşayış yerinə olan ehtiyaclarını qarşılamaq məqsədilə IRC-yə 4 il ərzində 4 milyon dollardan çox ianə etməyə də vəd verir.

İyun

Airbnb Open Homes proqramını rəsmi olaraq başladır

Dünya Qaçqınlar Günündə Airbnb Open Homes ilə yaşayış yeri təmin etmək səylərini ikiqat artıracağını açıqlayır. Proqram ev sahibi icmasına fəlakətlərin təsirinə məruz qalmış və ya münaqişə ocaqlarından qaçan insanlara evlərini pulsuz təklif etmək imkanı verdi.

Avqust - Sentyabr

İcma bu günə qədər 20000-dən çox insana kömək edir

Open Homes icması eyni zamanda 4 fəlakət üzrə cavab tədbirləri görür. Harvey Qasırğası ev sahibləri icmasının ən böyük aktivliyinə səbəb olur. Təkcə bir ay ərzində ev sahibləri 3 ştatda evakuasiya edilmiş 2000-dən çox insana kömək edir. Eyni zamanda ev sahibləri evlərinin qapılarını İrma Qasırğası, Maria Qasırğası və Mexiko Şəhəri zəlzələsindən zərər çəkənlərə açdı.

2018
Sentyabr

Airbnb tibbi qonaqlamalar təşəbbüsünü elan edir

Biden Xərçəng Sammitində Airbnb Hospitality Homes, Fisher House və Make-A-Wish ilə tərəfdaşlıq çərçivəsində tibbi qonaqlamalar təşəbbüsünü elan edir. Bu təşəbbüs vasitəsilə Open Homes icması tibbi müalicə üçün uzaq məsafələr qət edən şəxslərə pulsuz qalmağa yerlər təqdim edəcək.

Noyabr

Ev sahibləri Kaliforniyada iki ayrı meşə yanğını üzrə cavab tədbirləri görür

Kaliforniyadakı Kemp və Vulsi Yanğınlarından sonra 2500-dən çox ev sahibi evinin qapılarını açdı və 2300-dən çox insan qalmağa yer tapdı.

2019
May

Airbnb ev sahiblərinin ianə vasitəsilə Open Homes-u dəstəkləməsi üçün üsul yaradır

Ev sahibləri Open Homes-da iştirak etmək üçün daha çox üsul olmasını istədi. Buna cavab olaraq, Airbnb ianə platformasını elan edir. Bu platforma ev sahiblərinə ehtiyacı olanların qonaqlamasını maliyyələşdirməyə kömək etmək üçün qazanclarının bir hissəsini Open Homes-un qeyri-kommersiya tərəfdaşlarına ianə etməyə imkan verir.

2020
Yanvar

Ev sahibləri Avstraliyanın Yeni Cənubi Uels və Viktoriya ştatlarında baş verən meşə yanğınlarının təsirinə məruz qalmış 1000-dən çox insana sığınacaq təklif edir. Bu, Open Homes proqramı üzrə bu günə qədər müşahidə olunmuş ən böyük beynəlxalq aktivlikdir.

Mart

Ev sahibləri icması COVID-19 pandemiyasına qarşı cavab tədbirləri görür

Airbnb ev sahiblərinin pandemiyanın ön sıralarındakı səhiyyə işçiləri və fövqəladə hallarda ilk müdaxilə edən şəxslər üçün yaşayış yeri təmin etməsinin bir üsulunu elan edir.

Aprel

Airbnb ianə platformasını genişləndirir, beləliklə hər kəs ön sıralarda çalışan işçilərin qalmağa yer tapmasına kömək edən qeyri-kommersiya təşkilatlarına ianə edə bilər.

Dekabr

Airbnb Airbnb.org-u elan edir

Airbnb Airbnb.org-u təsis edir və Open Homes vasitəsilə ev sahibləri və tərəfdaşların gördüyü bütün mənalı işləri qeyd edir. Müstəqil qeyri-kommersiya təşkilatı olan Airbnb.org əsas diqqəti insanların böhran dövründə mənzil və resursları bir-birləri ilə paylaşmasına kömək etməyə yönəldəcək.

İdarə heyətimizlə tanış olun.

Jennifer Bond

"Airbnb insanları əlaqələndirməyin və tanımadığın insanları qarşılamağın gücünü sübut etdi. Airbnb.org-un hədəfi bu gücdən həyatları dəyişmək və dünyamızı transformasiya etmək üçün istifadə etməkdir. Bu səyahətin bir hissəsi olmaq qürurvericidir".

Joe Gebbia

"Bir ev sahibinin mesajı ilə başlayan və 100 min insanın öz evlərini icmalarına təqdim etməsi hərəkatına çevrilən bu proqramdan ilhamlanıram. Bu böhran dövründə bu iş hər zamankından daha vacibdir."

Sharyanne McSwain

"Yaşayış yeri ən əsas insan ehtiyaclarından biridir və Airbnb.org komandası proqram vasitəsilə ən çox ehtiyac olan anlarda yaşayış yeri təmin edir".

Melissa Thomas-Hunt

"İnsanlar təzyiq altında olarkən onları yaşayış yeri ilə təmin etmək mümkün olan ən insani və mərhəmətli hərəkətlərdən biridir. Bu cür əsaslı və həyatlar dəyişən təşəbbüsün bir hissəsi olduğum üçün çox xoşbəxtəm."

Jocelyn Wyatt

"Airbnb.org-un İdarə Heyətinə üzv olduğuma görə sevinirdim, çünki ehtiyacı olanlara mənzil və resurslar təmin etməklə əhəmiyyətli təsirə nail olacağımıza inanıram."

Necə işləyirik.

Qeyri-kommersiya təşkilatları ilə tərəfdaşlıq

Airbnb.org insanları böhran zamanı müvəqqəti yaşayış yeri, resurslar və xüsusi dəstəklə əlaqələndirən qeyri-kommersiya təşkilatlarına qrantlar verir. Həmçinin Airbnb ev sahibi icması tərəfindən təklif edilmiş pulsuz və endirimli yaşayış yerinə giriş imkanı təmin edirik.

Bərabərliyə kapital qoymaq

Daha ədalətli dünyaya töhfə vermək üçün gücümüz və resurslarımızdan istifadəyə inanırıq. Arbnb.org icmalarda bərabərliyin davam etdirilməsi üzrə töhfəmizə uyğun strategiya və proqramları olan təşkilatlara investisiya qoyur.

Göstərdiyimiz təsiri anlamaq

Maliyyə və yaşayış yeri proqramımızın psixososial rifahı yaxşılaşdırılmasına, maliyyə yükünün azaldılmasına, qonaqlar üçün icma və mənsubiyyətin gücləndirməsinə göstərdiyi təsiri sənədləşdirməyi hədəfə almışıq.

Tərəfdaşlıqlar və qrantlar

Airbnb.org bu aralar maliyyələşdirmə sorğuları qəbul etmir. 2021-ci ildə gələcək qrant dövrü haqqında məlumatları birbaşa tələblərə cavab verən qeyri-kommersiya təşkilatları ilə paylaşacağıq.

Airbnb, Inc. ilə necə əməkdaşlıq edirik

Airbnb.org müstəqil və dövlət tərəfindən dəstəklənən 501(c)(3) qeyri-kommersiya təşkilatıdır. Airbnb.org xeyriyyə məqsədini həyata keçirmək üçün Airbnb, Inc-in texnologiya, xidmətlər və digər resurslarından pulsuz yararlanır. Airbnb.org Airbnb, Inc.-dən ayrı və müstəqil qurumdur. Airbnb, Inc. platformasında Airbnb.org tərəfindən dəstəklənən qonaqlamalar üçün xidmət haqqı tutmur.

Open Homes proqramı ehtiyacı olan insanların müvəqqəti qonaqlama tapmasına kömək etməyin yolu kimi Airbnb tərəfindən yaradılıb və Airbnb ev sahiblərinin səxavətindən ilhamlanıb. Open Homes proqramı hazırda Airbnb.org-a keçirilir. Airbnb.org öz xeyriyyə məqsədi və missiyasına uyğun şəkildə proqramın səylərini davam etdirəcək.