Birləşmiş Krallıqda tibbi qonaqlama

Ellinin müstəqil həyata aparan yolu

Böyük Britaniyada yaşayan, onurğa beynində qismən zədələnmə olan rəssam Elli Airbnb.org-da qalarkən əlil arabasında oturub gülümsəyir.

"Airbnb.org fizioterapiya seansları üçün səyahət edərkən mənə və ailəmə qalmağa yer verdi. Bu yardım və dəstəyə görə həqiqətən minnətdarıq".

- Airbnb.org qonağı Elli

Rəssam Elli Din onurğa beyninin qismən zədələnməsi ilə yaşayır. Elli kimi xüsusi qayğıya ehtiyacı olan milyonlarla insan üçün evə yaxın müalicə seçimləri ya mövcud deyil, ya da onların ehtiyaclarını qarşılamaq üçün kifayət qədər deyil. Onlar evlərindən uzağa səyahət etməli olduqda Airbnb.org-un tibbi qonaqlamalar proqramı xəstələrin tibbi xidmətə yaxın yerdə qalmasını asanlaşdırır.

Əlil arabasında olan Elli və onun yanında dayanan valideynləri Airbnb.org qonaqlaması zamanı kameraya baxaraq gülümsəyirlər.

Müalicə səyahəti zamanı Elli müalicə üçün Birləşmiş Krallığın hər yerinə, hətta Amerika Birləşmiş Ştatlarına da səyahət edib. Anası və atası onunla birlikdə səyahət edir. O, atasının bayırda, onların yük maşınında yatdığı bir vaxtı xatırlayır. Çünki xəstəxanada onunla birlikdə qalmaq üçün yalnız bir valideynə kifayət qədər yer var idi və onlar evlərindən uzaqda idilər. Bu yaxınlarda ailənin Stivenic yaxınlığındakı evlərindən dörd saatlıq məsafədə yerləşən Liverpula səfəri zamanı Airbnb.org-un tibbi qonaqlamalar proqramı hər kəsin rahat bir məkanda birlikdə qalmasını mümkün etdi.

Hər şeyi dəyişən əməliyyatEllinin sağalma hekayəsi on ildən çox əvvəl, Birləşmiş Krallıqdakı həkimlər onun döş qəfəsində kiçik qarpız ölçüsündə şiş aşkar etdikdən sonra başladı. Şiş onurğasına təzyiq göstərirdi. O, illərdir orada idi və görülməsi çətin olan bir yerdə aşkar edilmədən böyüyürdü. Və bu, demək olar ki, onun hər şeyini əlindən aldı.

Onurğa beynində qismən zədələnməsi olan Airbnb.org qonağı Elli Airbnb.org-da qalarkən əlil arabasında oturub pəncərədən bayıra baxır.

Şişi çıxarmaq üçün aparılan cərrahiyyə əməliyyatı zamanı yaranan ağırlaşmalar böyük bir arteriyadan ciddi qan itkisi ilə nəticələndi.

"Bu [qan itkisi] onurğa beynimdə bir növ insulta səbəb oldu, sonra isə onurğa beynimdə zədələnməyə gətirib çıxaran xəsarət baş verdi".

- Airbnb.org qonağı Elli

14 yaşında Elli həmin əməliyyatdan sonra oyandıqda həkimlərin şişini uğurla çıxardığını öyrəndi. Lakin artıq ayaqlarında tam hissiyyat yox idi. Əməliyyat nəticəsində o, belindən aşağı iflic olub.

Müstəqil həyata gedən yolBu gün Ellini tanıdıqca hər şeydən əvvəl bir şey aydın olur: o, həyatda qalmağı bacaran biridir. O, özünü mehriban, yaradıcı və qətiyyətli biri kimi təsvir edir. Bu əzm fizioterapiyaya yanaşmasından da bəlli olur.

Elli Airbnb.org qonaqlaması zamanı divanda oturub idman ayaqqabılarını geyinir.

Ellinin onurğa beyni qismən zədələnib, yəni ayaqlarında qismən hissiyyat var. O, əvvəllər barmaqlarını tərpədə bilirdi və zamanla qismən gücünü bərpa edə biləcəyinə dair başqa əlamətlər də var idi. Həkimləri nikbin idi. Və haqlı idilər.On il keçib, amma Elli fizioterapiyasını axsatmır. O, dayaq çərçivəsi və ortopedik ortezlərlə gəzir, lakin ayaqları hələ də bəzən onun altında bükülür. Hazırda o, daha müstəqil olmaq kimi əsas məqsədinə çatmasına kömək edəcək robotlaşdırılmış C-Brace ortezindən istifadəyə keçid prosesindədir. O, bir gün qoltuqağaclarının köməyi ilə yeriyə biləcəyinə ümid edir.

Elli Airbnb.org vasitəsilə qaldığı yaşayış yerində yerimək üçün dayaq çərçivəsindən istifadə edərək gəzir.

Airbnb.org-un fərqiAirbnb.org müalicə üçün evlərindən uzağa getməli olan Elli kimi qonaqları rahat, əlillər üçün uyğun yaşayış yeri ilə təmin etmək məqsədilə Birləşmiş Krallıqdakı Rooprai Spinal Trust kimi qeyri-kommersiya təşkilatları ilə tərəfdaşlıq edir. Tibbi qonaqlamalar tamamilə Airbnb.org tərəfindən maliyyələşdirilir. Beləliklə, Elli kimi qonaqlar müalicə aldıqları müddətdə ən vacib olan şeyə diqqət yönəldə bilər.

Elli rəsmi ilə birlikdə yerdə oturub kameraya baxaraq gülümsəyir.

"Mən [Airbnb.org] təşkilatını sevirəm, çünki incəsənət əşyalarımı özümlə gətirə və fizioterapiya seanslarım zamanı bir az da bununla məşğul ola bilirəm".

- Airbnb.org qonağı Elli

110 ABŞ dolları məbləğində ianə bir gecəlik fövqəladə yaşayış yeri təmin etməyə kömək edir.

Mobil cihaz üçün fırça ilə çəkilmiş ürək şəkli
Fırça ilə çəkilmiş ürək şəkli

Hər qonaqlamada bir hekayə var

Fəlakətlərin təsirinə məruz qalmış insanlarla və onlara yardım edənlərlə tanış olun.