Dekabr, 2022-ci il

Mənsubiyyət üzərində qurulmuş bir dünya yaratmaq

Rəsmin müəllifi Helen Li

Airbnb.org-un missiyası ehtiyac olduqda resurslar və dəstək təmin etmək, eləcə də məkan paylaşımının potensialını ortaya çıxarmaqdır. Ancaq hər kəsin bu resurslara çıxış imkanları eyni deyil. Odur ki, müxtəliflik, bərabərlik, qəbul olunma və əlçatanlıqla bağlı öhdəliklərimizi gündəlik işimizdə ön plana çəkirik.

Müxtəliflik, bərabərlik, qəbul olunma və əlçatanlıq (MBQƏ) əsas öhdəliklərimizdir

Airbnb.org 2021-ci ilin aprel ayında müxtəliflik, bərabərlik və qəbul olunmaya dair üç əsas öhdəliyi elan etdi. Bu öhdəliklər qonaqlar və Ev Sahibləri ilə münasibətlərimizi, qeyri-kommersiya təşkilatları və dövlət qurumları ilə əməkdaşlığımızı və Airbnb.org komandası ilə münasibətlərimizi formalaşdırır.

Təşkilat olaraq aşağıdakı öhdəlikləri götürmüşük:

  1. Proqramımızın və işimizin mərkəzində tarixən sosial, mədəni, iqtisadi və siyasi sıxışdırma nəticəsində resurslara giriş imkanı məhdud olan, marjinallaşdırılmış icmalardan olan insanlar yer alacaq.
  2. Bütün Airbnb.org qonaqlarına eyni keyfiyyətdə xidmət və qonaqlamalar təmin etmək üçün çalışırıq.
  3. Müxtəlif, eləcə də inklüziv bir komanda yaradırıq. İlkin hədəfimiz: 2025-ci ilin sonuna qədər ABŞ-dakı işçilərimizin ən azı 33 faizini az təmsil olunan azlıqlar təşkil edəcək.

2022-ci ildə əlçatanlığı öhdəliyimizin ayrıca bir hissəsi olaraq daxil edilməsi zərurətini müzakirə etdik; 2023-cü ildə bununla bağlı öhdəliyimizi yeniləyəcəyik.

Öhdəliyimizi necə həyata keçiririk?

Cari müxtəliflik, bərabərlik, qəbul olunma və əlçatanlıq öhdəliklərimizi yerinə yetirmək üçün bunları edirik:

  • Bərabərlik öhdəliyimizi paylaşan icma əsaslı təşkilatlar və qeyri-kommersiya təşkilatları ilə birlikdə işləmək. Böhran baş verdikdə komandalarımız marjinallaşdırılmış icmalara xidmət göstərən yerli təşkilatlarla sıx əməkdaşlıq etməyə çalışır. Bu yaxınlarda bu kimi təşkilatlarla əməkdaşlıq etmişik:
    • Ukraynadakı münaqişə səbəbindən didərgin düşmüş əlilliyi olan və Ukrayna vətəndaşı olmayan insanları dəstəkləyən Each One Teach One
    • Ukraynadakı 2000 afrikalı tələbəni ölkədən kənarda pulsuz qonaqlama yerləri ilə əlaqələndirən Black Women for Black Lives
    • Ukraynadan qaçan LGBTQ+ icması üzvlərinin Berlində və digər Avropa şəhərlərində mənzil və sosial dəstək tapmasına yardım edən, Alight-ın törəmə şirkəti ORAM
  • Müxtəliflik və bərabərlik üzrə aparıcı ekspertlərlə tərəfdaşlıq qurmaq və bu öhdəliklərlə bağlı işimizi bu əsasla qiymətləndirmək və təkmilləşdirmək. Fondun tərəfdaşlarından biri bərabərlik yönümlü yanaşmanı təşviq edən təşkilat olan We All Count-dur. Bu qurum 2022-ci ildə Airbnb.org-a böhran zamanı Airbnb.org vasitəsilə müvəqqəti yaşayış yeri tapan insanların təcrübələrini daha yaxşı başa düşmək üçün pilot tədqiqat keçirməkdə kömək etdi. Bu töhfədən yararlanaraq, irəliləyişimizi izləmək və öhdəliyimizi yerinə yetirməyimizə imkan verəcək bir yanaşma tərtib edirik.
  • Bərabərlik yönümlü dizayn metodlarını işimizə daxil etmək. Travmalar mövzusunda anlayışlı hekayə üslubumuz və bərabərlik yönümlü dizayn prinsiplərimiz qonaqlar, Ev Sahibləri və tərəfdaşlarımızla birlikdə gördüyümüz işlər haqqında hekayələr yaratmaqda əsaslandığımız meyarlardır. İnsanların dil tərcihlərinə və özləri üçün seçdikləri vizual təmsil üslublarına hörmətlə yanaşaraq yaradıcı qərar vermə prosesində birgə çalışırıq.
  • Bərabərlik öhdəliyimizin işçi heyətini də əhatə etməsini təmin edirik. Hədəfimiz 2025-ci ilin sonuna qədər ABŞ-dakı işçilərimizin ən azı 33 faizinin kifayət qədər təmsil olunmayan azlıqlardan ibarət olmasıdır. ABŞ-da kifayət qədər təmsil olunmayan azlıqların tərifi özünü bu irq/etnik kökənlərdən biri və ya bir neçəsinə aid kimi müəyyən edən insanlardır: Amerika hinduları və ya Alyaska yerliləri; Qaradərili və ya Afroamerikalılar; İspandilli və ya Latın Amerikalılar; yerli Havaylılar və ya digər Sakit okean adaları icmaları.

    Bu öhdəliyi ilk dəfə üzərimizə götürdüyümüz zaman az təmsil olunan azlıqlar tam ştatlı işçilərimizin 19 faizini təşkil edirdi. 30 sentyabr 2022-ci ildə az təmsil olunan azlıqlar Airbnb.org-un tam ştatlı işçilərinin 28 faizini təşkil edir. Müxtəlif baxışlardan faydalanmağa davam etmək üçün müxtəlif istedadları cəlb etmək, saxlamaq və inkişaf etdirmək üçün daimi iş tələb olunduğunu bilirik və işçiləri işə götürmək və saxlamaq proseslərində bərabərliyə üstünlük verməyə davam edəcəyik.

Bərabərliyi işimizin əsas prinsipi etmək, böhran yaşamış icmaların vəziyyətini yaxşılaşdırmaq, eləcə də mənsubiyyət və şəfaya əsaslanan bir dünya qurmağa yardım etmək üçün yeni yollar tapmağa qərarlıyıq.

Rəsmin müəllifi Helen Li