Casper meşə yanğını

Roy və Celi meşə yanğınından sonra ömürlük dost oldular

İki qadın birlikdə dayanıb gülümsəyir
Two women are standing together smiling

Roy işləmək və bacısının ailəsi ilə birlikdə yaşamaq üçün Filippindən Kanadanın Casper şəhərinə köçdü. Yerli icmaya qatıldı və ideal yaşayış yerini tapdığını düşündü.Sonra 2024-cü ilin iyul ayında meşə yanğınları dağlıq ərazidəki gözoxşayan şəhərciyi viran qoydu. 25 000-dən çox insan evakuasiya edilməli oldu və Roy ilə bacısının evi də daxil olmaqla Casperdəki tikililərin 30%-i məhv oldu.

Qadın əvvəllər evinin olduğu boş torpaq sahəsində dayanıb

Roy təklükəsiz yaşayış evini itirdikdə nə edəcəyini bilmirdi. Məhz bu zaman o, Airbnb.org vasitəsilə fövqəladə yaşayış yeri haqqında məlumat əldə etdi.Roy Casperdə 40 il yaşayan yerli Super Ev Sahibi Celinin məkanında Airbnb.org qonaqlaması üçün bron edə bildi. "Bu mənim üçün böyük kömək oldu", Roy dedi. "Bu mənə yeni bir başlanğıc imkanı verdi".

"Sanki daxili rahatlıq tapdım".

Qadın evdə dayanıb uzağa baxır

Roy Celinin evində bir ay qaldı. Bu müddət ərzində Casperdə yaşamaqla bağlı uzunmüddətli planlarını quraraq təskinlik tapdı. "Özüm yemək bişirə, istirahət edə, pəncərənin qarşısında qəhvə içə, ötüb keçən qatarları görə bilirdim", - o deyir. "Sanki daxili rahatlıq tapdım".

Bağda qarşı-qarşıya oturmuş iki qadın söhbət edir.

Celi Airbnb.org vasitəsilə ev sahibliyi etdiyi yeddi qonaqdan biri olan Roy ilə daimi dostluq əlaqəsi qurdu. Hazırda Roy bacısı ilə birlikdə evlərini yenidən qurur və Casperdə yaşayacaqları yeni həyatı səbirsizliklə gözləyirlər.

Siz də dəstək olun

Böhran zamanı fövqəladə hallar üçün yaşayış yeri təmin edən qlobal icmaya qoşulun.

Ətraflı məlumat

Hər qonaqlamada bir hekayə var

Fəlakətlərin təsirinə məruz qalmış insanlarla və onlara yardım edənlərlə tanış olun.